Xəbər lenti

Rusiyada bir məktəbi, bir müəllimi, bir şagirdi olan türk qəsəbəsi (FOTOLAR)
Dünya13:24 07.10.2019

Rusiyada bir məktəbi, bir müəllimi, bir şagirdi olan türk qəsəbəsi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Sibir vilayətinin Sibilyakovo qəsəbəsində bir məktəb, bir müəllim və bir şagird var.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, 61 yaşlı Uminur Kuçukova hər gün 9 yaşlı şagirdi Ravil İzmuxametova dərs demək üçün 50 km uzaqlıqda yerləşən evindən qəsəbəyə gəlir. Kuçukova bildirir ki, dərs ilinin sonunda təqaüdə çıxacaq. O, Ravilin böyüməsini, qonşu ərazilərdəki məktəbə gedə biləcək yaşa gəlib çatmasını gözləyir. Ən yaxın məktəbə 30 dəqiqəlik qayıq, 20 dəqiqəik avtobus səfəri ilə çatmaq mümkündür.
Ravilin ailə üzvləri övladlarının gələcəkdə qəsəbəni tərk edərək şəhərdə yaşayıb, təhsil almasını istəyir.
Tatar türklərinin məskunlaşdığı Sibilyakovoda hazırda 39 nəfər yaşayır. U.Kuçukova müəllimlik karyerasına 1970-ci illərdə başlayıb. Həmin dövrdə qəsəbənin 550 nəfər əhalisi var idi və məktəbdəki 4 sinifdə 50-dən çox uşaq təhsil alırdı. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra iqtisadiyyat tənəzzülə uğrayıb və insanlar işsizliyə görə qəsəbəni tərk etmək məcburiyyətində qalıb.
Gülşən