Xəbər lenti

"Nə? Harada? Nə vaxt?" oyununda böyük qalmaqal: Məşhur Druz ifşa olundu
Dünya15:10 16.12.2019

"Nə? Harada? Nə vaxt?" oyununda böyük qalmaqal: Məşhur Druz ifşa olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nə? Harada? Nə vaxt?" verilişinin aparıcısı Boris Kryukla "İqra”nın baş direktoru Nataliya Stetsenkonun anası arasında böyük qalmaqal yaşanıb. 
Qaynarinfo "Rambler”ə istinadla xəbər verir ki, qalmaqala səbəb komandalardan birinin verdiyi cavab olub. Aparıcı cavabı düzgün sayıb. Ancaq Stetsenko oyunçuların səhv etdiyini iddia edib. Nəticədə o, efir vaxtı qaçaraq diktor kürsüsünü tərk edib.
Bundan əvvəl isə proqramın ətrafında böyük bir qalmaqal baş verib. "Kim milyoner olmaq istəyir?" viktorinasının baş redaktoru İlya Ber "Nə? Harada? Nə vaxt?" intellektual oyunun ulduz oyunçusu Aleksandr Druzu rüşvət cəhdində günahlandırıb və Beynəlxalq Klublar Birliyi rəhbərliyinə onun bir oyunçu kimi kənarlaşdırılması ilə bağlı qərar verməsini təklif edib.
2019-cu ilin fevralında Ber Druzun ötən noyabrda, proqramın çəkilişinə bir neçə gün qalmış ona zəng etdiyini elan edib. Baş redaktorun sözlərinə görə, "Nə? Harada? Nə vaxt"ın ulduz oyunçusu üç milyon rubl mükafatı qazanacağı təqdirdə ona qazancdan pay veriləcəyi qarşılığında komandası üçün əvvəlcədən sual və cavabların siyahısını verməsini istəyib.
Ber fırıldaqçılıq faktını sübut etmək üçün qəsdən suallar siyahısını Druza ötürdüyünü vurğulayıb. Ancaq oyundan az əvvəl son beş sual dəyişdirilib və bilici onların düzgün cavabını tapa bilməyib. Nəticədə Druz başqa bir mütəxəssis və tərəfdaş Viktor Sidnevlə birlikdə son suala cavab verə bilməyərək, oyundan cəmi 200 min rublla ayrılmalı olub.
Bundan sonra "Nə? Harada? Nə vaxt?" və "Kim milyonçu olmaq istəyir?" oyunlarının istehsalı ilə məşğul olan şirkət Druz və Berin qeyri-müəyyən müddətə proqramlarda iştirakdan kənarlaşdırıldığını elan edib. Daha sonra Nataliya Stetsenko Viktor Sidnevə qarşı sanksiyalar üçün bir səbəb görmədiyini qeyd edib.
Alpər