İranda 5,2 bal gücündə zəlzələ olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, təkanlar ölkənin Taybat şəhərində 04:29-da qeydə alınıb. Zəlzələnin yerin 10 kilometr dərinliyində meydana gəldiyi qeyd olunur.
Dağıntı və ya xəsarət alanlar barəsində hələlik açıqlama verilməyib.