Xəbər lenti

Koronavirus qurbanlarının sayı artdı
Dünya05:10 10.02.2020

Koronavirus qurbanlarının sayı artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 908 nəfərə çatıb.
Qaynarinfo-nun xarici mediaya istinadən məlumatına görə, bu barədə yerli Gigiyena və Səhiyyə məsələləri üzrə komitə xəbər verib.
Məlumata görə, sutka ərzində 2,6 min nəfərdən çox insan virusa yoluxub. Bununla əyalətdə virusa yoluxanların ümumi sayı 29,6 min nəfərə çatıb. Virusa yoluxmuş 356 nəfər sağalaraq tibb müəssisələrindən evə buraxılıb.
Bununla da Çində koronavirus daşıyıclarının sayı 39,8 min nəfərə, qurbanlarını sayı 908 nəfərə çatıb. Ölkədə ümumilikdə 3 mindən çox insan xəstəlikdən sağalıb.