Dünyada yeni növ koronavirusa yoluxanların sayı 9 milyon nəfərə yaxınlaşır.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin hesabatında məlumat verilib.
Hesabata əsasən, ötən gün dünyada koronavirusa 113 min nəfər yoluxub, yoluxanların ümumi sayı 8 770 629 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 464 039 nəfəri vəfat edib, 4,34 milyon nəfəri isə sağalıb.