Xəbər lenti

Azərbaycanda daha bir həkim koronavirusdan öldü (FOTO)
Sağlamlıq05:16 18.07.2020

Azərbaycanda daha bir həkim koronavirusdan öldü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda daha bir həkim COVID-19-dan dünyasını dəyişib.
Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, 1 saylı Kliniki Tibbi Mərkəzin həkim-reanimatoloqu Kərəm Yaqubov koronavirusdan vəfat edib.
K.Yaqubovun tanışlarının sözlərinə görə, koronavirus xəstələrini müalicə edən həkim özü bir neçə gün əvvəl təhlükəli infeksiyaya yoluxub. İyulun 10-da onda COVID-19 əlamətləri aşkarlanıb. K.Yaqubov Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib və süni tənəffüs cihazına qoşulub. Vəziyyəti ağırlaşan həkim bu gün vəfat edib.