Xəbər lenti

Daha iki erməni hərbçisinin meyiti tapıldı
Ölkə16:42 17.08.2021

Daha iki erməni hərbçisinin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb.
"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 2 hərbçisinin meyiti tapılaraq təxliyə edilib.
Meyitlər Cəbrayıl rayonunda aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 636 nəfərin meyiti aşkarlanıb.
Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.