Xəbər lenti

Peyvənd olunanların sayı açıqlandı
Ölkə13:09 29.08.2021

Peyvənd olunanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 92 948 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 922, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 026 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 687 806, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 042 976, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 644 830 təşkil edir.