Göydələn və nəhəng körpü ölçüsündə iki böyük asteroid Yerə yaxınlaşır.
Sentyabrın 9-da 2010 RJ53 asteroidi Nyu Yorkdakı Empire State Buildingin 102 mərtəbəli göydələnindən iki qat böyük planetimizin yanından keçməlidir. Sentyabrın 22-də isə Yerə yaxınlaşacaq 2021 NY1 asteroidi San-Fransiskoda yerləşən Qızıl Qapı Körpüsü ilə müqayisə edilib.
Qaynarinfo xəbər verir ki, bu haqda "Сcursorinfo” nəşrinin məlumatında deyilir. Məlumata görə, təsir edici ölçülərinə baxmayaraq, asteroidlərin Yerlə toqquşması ehtimalı azdır. Önümüzdəki 100 ildə Yerə böyük bir cism düşməyəcək, ancaq təhlükə həmişə var, çünki asteroidlər öz traektoriyasını dəyişə bilərlər.
Nəşr qeyd edir ki, planetimizlə toqquşma Yerin başına gələ biləcək ən pis təbii fəlakətlərdən biridir, çünki insanların onlarla mübarizə aparmaq imkanı yoxdur.
Alpər