Xəbər lenti

SEPAH-ın Qüds qanadının Afrikada İsrailə qarşı  hücumları baş tutmadı
Dünya11:50 08.11.2021

SEPAH-ın Qüds qanadının Afrikada İsrailə qarşı hücumları baş tutmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin Xarici Kəşfiyyat Təşkilatı - Mossad SEPAH-ın Qüds qanadı tərəfindən Afrikanın üç ölkəsində israilli turistlərə və iş adamlarına qarşı hazırlanmış hücum planını aşkarlayaraq qarşısını aldığını bildirib.
Qaynarinfo xəbər verir ki, "İsrail 12" televiziya kanalı həmin üç ölkənin Tanzaniya, Seneqal və Qana olduğu barədə xəbər verib.
Habelə əldə olunan məlumata görə, adları qeyd olunan üç ölkənin kəşfiyyat (Ettelaat) idarələrinə məlumat daxil olması ilə 5 şübhəli şəxs tutularaq sorğuya alınıb.
"İsrail 12" televiziyasının məlumatına görə, hadisədə şübhəli bilinən şəxslər Qüds qanadının başçısı İsmail Qaani tərəfindən əvvəlcə Livana "dini təhsil" almaq adı altında göndərilib. Daha sonra sözügedən şəxslər planı həyata keçirmək üçün adları çəkilən üç Afrika ölkəsinə göndəriliblər.
Xatırladaq ki, İran rejimi iranlı atom bilim adamı və alimi Mohsen Fəxrizadənin öldürülməsində İsrail rejimini günahkar hesab edir. Görünən odur ki, Tehran rejimi bütün bu səyləri ilə İsrailə qarşı böyük zərbələr vurmağa çalışır.
Mənbə: "Azad İran"