Dünya 11:10 16.01.2023

2022-ci ildə Türkiyədə yaşamaq icazəsi almaq üzrə lider rusiyalılar oldu

Türkiyə Miqrasiya İdarəsinin məlumatına görə, 2022-ci ildə Rusiya Federasiyası vətəndaşları Türkiyədə yaşamaq icazələrinin sayına görə əcnəbilər arasında birinci yeri tutub.

Bu məlumatlara görə, 2022-ci ildə Türkiyədə yaşamaq icazəsi olan əcnəbilərin ümumi sayı 1,35 milyon nəfərdən çox olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti yazıb.

153 mindən çox Rusiya Federasiyası vətəndaşı, 131 min İraq vətəndaşı və 100 mindən çox Suriya vətəndaşı Türkiyədə yaşamaq icazəsi alıb. Ukraynadansa yaşayış icazəsi almış 47 mindən çox mühacir qeydə alınıb.

Eyni zamanda, bir ilə qədər qısa müddətə verilən turistik yaşayış icazəsinə əsasən, 132 mindən çox rusiyalı Türkiyədədir.

Əcnəbilərin maksimum sayı İstanbulda - 706 min nəfərdən, Antalyada - 158 mindən çox qeydə alınıb. Eyni zamanda, Türkiyədə qanuni yaşayan əcnəbilərin ümumi sayı 2021-ci illə müqayisədə 40 min nəfər artıb. 
 
Alpər