Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 126 yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 789 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 777 396 nəfər müalicə olunaraq sağalıb, 9 558 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 929 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, bu günə qədər isə ümumilikdə 6 611 402 test icra olunub.
Bu gün koronavirus (COVID-19) əleyhinə 63 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 29, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 8 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 176 634, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 796 500, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 855 817, pozitiv nəticədən sonra buster doza olunanların sayı 214 614 təşkil edir.