Xəbər lenti

Boris Conson: Ukrayna sülh danışıqları timsah Putinə görə baş tutası deyil
Dünya08:52 21.04.2022

Boris Conson: Ukrayna sülh danışıqları timsah Putinə görə baş tutası deyil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ilə istənilən sülh danışıqları çətin ki baş tutsun.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bunu Britaniya baş naziri Boris Conson açıqlamasında deyib. 
O, Putinin açıq-aşkar pis niyyətliliyini nəzərə alaraq ukraynalıların onunla necə danışıqlar aparacağını təsəvvür etməyin çətin olduğunu bildirib: 
"Onun açıq görünən strategiyası Ukraynanın bacardıqca daha çox ərazisini udmaq və ələ keçirmək və əlbəttə ki, güc mövqeyindən hansısa danışıqlara başlamaqdır. Ayağın timsahın ağzındaykən onunla necə danışmaq olar”, - Conson deyib.
Ona görə də əvvəlki strategiya ilə Ukraynanı silahlandırmağa davam etmək lazım olduğunu vurğulayıb. 
Conson Co Bayden daxil olmaqla dünya liderləri ilə birgə Ukraynanı daha çox silahlandırmağa davam etmək barədə qərar verdiklərini qeyd edib. 
Qeyd edək ki, Britaniya baş naziri Hindistana rəsmi səfərə gedir və orada həmkarı Modi ilə Hindistanı Ukrayna müharibəsində neytrallıqdan çəkindirməyi müzakirə edəcək.
Nurlan Hüseynov