Xəbər lenti

2025-ci il üçün dünyanın ən qonaqpərvər şəhərləri açıqlandı (SİYAHI)
Dünya 21:03 31.01.2025

2025-ci il üçün dünyanın ən qonaqpərvər şəhərləri açıqlandı (SİYAHI)

Dünyanın bəzi ölkələri, məsələn, İspaniya, həddindən artıq turizmlə mübarizə aparır və yerli əhali turistlərə qarşı etiraz aksiyaları keçirir. Lakin bunun əksinə olaraq, bəzi icmalar qonaqları böyük məmnuniyyətlə qarşılayır.

Qaynarinfo xəbər verir ki, "Booking.com" platforması 2025-ci ildə turistlərə ən mehriban münasibət göstərən yerləri müəyyən etmək üçün geniş araşdırma aparıb. Ekspertlər 360 milyondan çox təsdiqlənmiş müştəri rəyini nəzərdən keçiriblər.

"İnsanlar getdikcə daha çox orijinallığı, kəşf edilməmiş macəraları və xüsusi qonaqpərvərliklə təqdim edilən xidmətləri axtarırlar. "Traveller Review Awards" mükafatının 13-cü buraxılışı çərçivəsində "Booking.com" 2025-ci ilin dünyanın 10 ən mehriban şəhərini açıqlayır və bu yerləri daha yaxşı kəşf etmək üçün tövsiyələr təqdim edir", deyə araşdırma müəllifləri bildiriblər.

Reytinqin lideri Şri-Lankada yerləşən qədim şəhər Sigiriya olub.

"Şri-Lankanın "mədəni üçbucağı"nın mərkəzində yerləşən Sigiriya təbiət gözəlliyini və zəngin tarixi irsi özündə birləşdirən unikal bir məkandır. UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş məşhur Sigiriya Qayalıq Qalası möhtəşəm mənzərələr təqdim edir və qədim Şri-Lanka memarlığının parlaq nümunəsidir", deyə "Booking.com" ekspertləri qeyd edirlər.

Tarixi mənbələrə görə, V əsrin sonlarında Kral Kaşyapa burada öz paytaxtını quraraq, qayanın zirvəsində freskalarla bəzədilmiş dəbdəbəli bir saray inşa edib.

Sigiriyaya səfər edən turistlər həmçinin yerli xalçalar, batika və dekorativ gil qablar kimi əl işləri ilə tanınan kəndləri də ziyarət edə bilərlər. Bundan əlavə, Minneriya Milli Parkının yaşıl landşaftları, buradakı vəhşi fillərin böyük sürülər halında toplaşması ilə məşhurdur.

"Qala zirvəsinə qalxmaqdan tutmuş kənd həyatının sakitliyini hiss etməyə qədər Sigiriya macəra və rahatlığın unudulmaz birləşməsini təqdim edir", deyə reytinq müəllifləri bildiriblər.

2025-ci ildə dünyanın ən qonaqpərvər 10 şəhəri

1. Sigiriya, Şri-Lanka
2. Kasorla, İspaniya
3. Urubisi, Braziliya
4. Taupo, Yeni Zelandiya
5. Sent-Luis-Oqustin, ABŞ
6. Orviyeto, İtaliya
7. Manisales, Kolumbiya
8. Kvedlinburq, Almaniya
9. Ko Lanta, Tailand
10. Çester, Böyük Britaniya

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->