Xəbər lenti

2025-ci ilin ən etibarlı 5 krossoveri (SİYAHI)
Dünya 18:43 11.11.2025

2025-ci ilin ən etibarlı 5 krossoveri (SİYAHI)

Krossoverlər dünya üzrə ən populyar minik avtomobili növlərindən biri olaraq qalır. Eyni zamanda bəzi sürücülər, xüsusilə, çətin yollar üçün imkanlar verən SUV-ları daha çox qiymətləndirirlər.

Qaynarinfo xəbər erir ki, "SlashGear" 2025-ci ilin ən etibarlı 5 krossover və SUV modelini açıqlayıb. Bu reytinq "J.D. Power" ekspertlərinin qiymətləndirmələrinə əsaslanır.

2025-ci ilin ən etibarlı 5 krossover və SUV modeli

Ən etibarlı subkompakt krossover - "Nissan Kicks"

ABŞ-da populyar "Nissan Kicks" subkompakt krossover seqmentində ən etibarlı model hesab olunub. 2016-cı ildən istehsal olunan bu avtomobil nisbətən ucuzdur. "Nissan Kicks" etibarlılıq baxımından 100 ballıq sistemdə 88 bal toplayıb. Eyni zamanda, ekspertlər avtomobilin az yanacaq sərfiyyatını da yüksək qiymətləndiriblər.

Ən etibarlı kompakt krossover - "Toyota RAV4"

"Toyota RAV4" kompakt krossover seqmentində ən etibarlı model seçilib. Nəşr qeyd edir ki, bu avtomobil çox praktikdir və yüngül çətin yolları da rahatlıqla aşa bilir."Toyota RAV4" etibarlılıq baxımından 87 bal toplayıb. "Nissan Kicks" kimi, bu model də yanacaq sərfiyyatı baxımından çox qənaətcildir.

Ən etibarlı orta ölçülü krossover - "Nissan Murano"

"Nissan Murano" bu markadan ikinci krossover olaraq reytinqə daxil olub. Nəşr bildirir ki, Yapon istehsalçısının yeni avtomobilləri 2000-ci və 2010-cu illərin modellərinə nisbətən daha etibarlıdır. "Nissan Murano" yaxşı dinamikaya və geniş interyera malikdir. Etibarlılıq baxımından 88 bal toplayıb.

Ən etibarlı tam ölçülü krossover - "GMC Acadia"

"GMC Acadia" "Chevrolet Traverse" platformasını paylaşır və xaricdən baxanda əslində olduğundan daha böyük görünür. Bu model praktik interyer və zəngin avadanlıq təklif edir. "GMC Acadia" etibarlılıq baxımından 87 bal toplayıb. Bundan əlavə, az yanacaq sərfiyyatı modelin sahiblərini məmnun edir.

Ən etibarlı tam ölçülü SUV - "Chevrolet Tahoe"

Böyük və geniş "Chevrolet Tahoe" tam ölçülü SUV-lar arasında etibarlılıq lideridir. Avtomobil geniş interyer və böyük baqaj təklif edir. Chevrolet Tahoe" etibarlılıq baxımından 78 bal toplayıb. Böyük ölçüsünə baxmayaraq, SUV sahibləri avtomobilin parklanmasının olduqca rahat olduğunu bildirirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->