XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

2026-cı ilin ən absurd elmi kəşfləri açıqlandı
Dünya18:00 04.09.2026

2026-cı ilin ən absurd elmi kəşfləri açıqlandı

İsveçrənin Sürix şəhərində 36-cı Şnobel mükafatının təqdimetmə mərasimi keçirilib. Bu, əvvəlcə təbəssüm yaradan, daha sonra isə insanı düşünməyə vadar edən elmi araşdırmalara verilən illik satirik mükafatdır.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu il mükafata uşaq şirniyyatlarının oğurlanması, burun seliyi, pisuarlardan sıçrayan maye və ağcaqanadların 3D çapında istifadəsi ilə bağlı araşdırmalar da layiq görülüb.

CNN yazır ki, mükafatın məqsədi elmi fəaliyyətin qeyri-adi istiqamətlərinə diqqət çəkməkdir.

Bu il mükafat alan araşdırmalardan biri zəhərli ilanların davranışına həsr olunub. Alimlər müxtəlif ilanların bədəninin ayrı-ayrı hissələrinə ehtiyatla ayaqları ilə toxunaraq hansı hərəkətin heyvanları insanı dişləməyə sövq etdiyini müəyyənləşdirməyə çalışıblar.

İqtisadiyyat üzrə mükafatın qalibi isə yüksək sosial təbəqənin nümayəndələrinin uşaqların şirniyyat ehtiyatından daha çox konfet oğurladığı və digər qeyri-etik hərəkətlərə daha çox yol verdiyi barədə sübutlar əldə edən tədqiqatın müəllifləri olub.

Kimya üzrə mükafat tarakan südü ilə bağlı araşdırmaya verilib. Alimlərin müəyyənləşdirdiyinə görə, bu mayenin tərkibində inək südü ilə müqayisədə üç dəfə çox enerji var.

Tibb kateqoriyasında "Burnu necə üfürmək olar – burun təmizləməsinin aerodinamik tədqiqi" adlı araşdırma mükafatlandırılıb.

Biomexanika üzrə mükafat öpüşlərin təkamül tarixini araşdıran alimlərə təqdim olunub. Tədqiqatın həmmüəllifi, Oksford Universitetinin təkamül bioloqu Matilda Brindl CNN-ə bu cür fundamental araşdırmaların əhəmiyyətini izah edib.

"Maraq naminə maraq elmin irəliləməsinin fundamental əsaslarından biridir", – alim bildirib.

Onun sözlərinə görə, tətbiqi elm son dərəcə vacibdir. Lakin ətraf aləmi müşahidə etmək və "niyə?" sualını verməkdən imtina etmək böyük itki olardı.

Fizika üzrə mükafat sıçrama yaratmayan pisuarların konstruksiyasına həsr olunmuş araşdırmanın müəlliflərinə verilib.

Daha qeyri-adi texnologiya mükafatı isə ağcaqanadın xortumunun 3D çap üçün ucluq kimi istifadə edildiyi işə təqdim olunub. Tədqiqatçılar bu prosesi "nekroçap" adlandırıblar.

Aydın