
ABŞ-ın Texas ştatında müəlliməlik edən 21 yaşlı Kristi Nikol Devyusun çılpaq fotoları rəsmi dairələri özündən çıxarıb.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, litseylərdən birində ispan dilindən dərs deyən Kristinin 18 yaşında ikən "Playboy" jurnalına verdiyi çılpaq pozaların ortaya çıxmasından sonra, gənc qadının ünvanına etirazlar yağıb.
Rəsmiləri daha da özündən çıxaran məsələlərdən biri Kristinin "Playboy" üçün çəkdirdiyi fotoların internetdə rahatlıqla tapılmasıdır. Rəsmilər bunun Kristinin şagirdləri üçün böyük travma olacağından narahatdırlar.
Dallas şəhərindəki litseyin rəsmiləri isə, fotolar çəkilən zaman Kristinin məktəbdə işləmədiyini, bu, şəxsi məsələ olduğundan şərh vermək istəmədiklərini deyiblər. //ANN.Az








