Xəbər lenti

22 şagird qidadan zəhərləndi
Dünya17:15 12.07.2013

22 şagird qidadan zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın San Dyeqo şəhərində 22 ibtidai sinif şagirdinin vəziyyəti məktəbdə yedikləri nahardan sonra pisləşib.
ANN.Az-ın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, "Audubon" məktəbinin şagirdlərinin nahardan sonra mədələrində problemlər yaranıb.
Şagirdlərdən 18-i xəstəxanaya yerləşdirilib. Məktəb rəsmiləri uşaqların kütləvi zəhərlənməsinə yedikləri və ya içdikləri qidanın səbəb olduğunu bildiriblər. Zəhərlənmənin səbəbi araşdırılır.