22
şirkətdən ibarət Qələbəyə Dəstək Hərəkatı adlı təşəbbüs qrupu yaradılıb.
Bu
haqda Qaynarinfo-ya Təşəbbüs Qrupunun üzvü, "Hədəf” Şirkətlər qrupunun təsisçisi Şamil Sadıq məlumat verib. Hərəkat bununla bağlı bəyanat imzalayıb.
Şamil Sadiq
bildirib ki, təşəbbüs qrupu Azərbaycan Respublikası prezidenti, Silahlı Qüvvələrin
Ali Baş komandanı cənab İlham Əliyevin əmri ilə işğal olunmuş Azərbaycan
torpaqlarını Ermənistanın işğalçı qoşunlarından təmizləmək üçün başladılan əks
hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə
yaradılıb:
"Təşəbbüs
qrupuna qoşulan iş adamları bununla dövlətimizin, Ali Baş Komandanın yanında
olduğunu bildirir, dövlətin hər bir çağırışına, istər maddi, istərsə də mənəvi
olaraq operativ dəstək verməyi, iş adamları arasında vətənpərvərlik ruhunun
yüksəldilməsi maarifləndirici işlərin aparılmasını qarşısına məqsəd qoyub.
Hazırda xeyli iş adamı var ki, könüllü olaraq hər biri ayrılıqda öz öhdəsinə
düşən işi görür, dövlətimizin, ordumuzun yanında olduğunu, Silahlı Qüvvələrə
Yardım Fonduna vəsaitlər ödəyir. Lakin biz düşünürük ki, bunu təşklatlanmış
formada, sistemli şəkildə koordinasiya etmək, ürəyindən keçib, dəstəyin necə
ediləcəyinin yolunu bilməyən həmkarlarımızla birgə hərəkət etmək, bir əl, bir
ürəklə müəyyən fəaliyyətlər həyata keçirməkdir arzumuz”.
Hərakatın
ictimai təşəbbüs qrupunun üzvü, "Behrud İnşaat” şirkətinin təsisçisi İlham Alməmmədov
qeyd edib ki, bu bir könüllü qrupdur:
"Heç
bir siyasi, iqtisadi maraq güdməyən, eyni arzularla yaşayan, vətən sevdalı iş
adamları birlikdə hərəkət edərsə, dövlətimizə daha çox faydalı olarıq. Biz,
dost 22 şirkət rəhbəri qarşımıza məqsəd qoymuşuq ki, torpaqlarımız işğaldan tam
azad olana, yenidənqurma işləri bitənə qədər, cani-dildən dövlətimizlə bir yerdəyik.
Fəaliyyətimiz indilik bu cür planlaşdırılıb:
- İş adamlarının Ordumuza edəcək maddi yardım və
ianələrini rahat şəkildə çatdırmaları üçün bütün texniki, hüquqi problemləri həll
etmək, düzgün istiqamətə yönləndirmək,
- Silahlı
Qüvvələrə Yardım fondunun təbliğat-təşviqat işində aktiv iştirak etmək,
- Yaralılar
və şəhid ailələrinə lazımı dəstəyi koordinasiya etmək,
- Könüllü
şəkildə ordu sıralarına qoşulan gənclərin ailələrinə dəstək, onları
stimullaşdırmaq, xüsusən də iş yeri olmadan ordu sıralarına qoşulan könüllülərin
ailələrinə aylıq müəyən maliyyə yardımı etmək,
- Gənc
iş adamları arasında vətənpərvərlik və xeyriyyəçilik ruhunu formalaşdırmaq və
istiqamətləndirmək adına maarifləndirmə işlərini aparmaq,
- Sərhədyanı
bölgələrdə, geri alınan torpaqların yenidənqruma işlərində yaxından iştirak etməkdir.
Qeyd
edək ki, təşəbbüs qrupu onlarla birgə fəaliyyət göstərmək istəyən iş adamları
üçün açıqdır: "Ümid edirik, birgə fəaliyyətimiz Cənab Prezidentin qeyd etdiyi
kimi, "Biz birlikdə güclüyük” ifadəsinin əməli nümunəsi olacaq. İş adamlarının
Qələbəyə Dəstək Hərakatı ictimai təşəbbüs qrupunun Feysbukda qrupu və səhifəsi
yardılıb. Səhifənin yaradılmasında məqsəd mütəmadi olaraq Qələbəyə Dəstək Hərakatının
bütün fəaliyyətilə ictimaiyyəti məlumatlandırmaqdır”.
Təşəbbüs
qrupuna qoşulan ilkin şirkətlər aşağıdakılardır:
1.
Behrud İnşaat MMC
2. Hədəf
Şirkətlər Qrupu MMC
3.
Halal-P MMC
4.
Prime TV MMC
5.
Medika Hospital MMC
6.
UKASMEN MMC
7.
ABBAo MMC
8.
Starlab klinikası MMC
9.
Əlincə İdman Klubu MMC
10. RR
şirkətlər qrupu MMC
11.
İnci şirkətlər qrupu MMC
12.
SinKOD MMC
13.
HORECA MMC
14.
Simit Sarayı MMC
15.
Etna group MMC
16."Çaşıoğlu"
Elmi istehsalat birliyi MMC
17."B2B
group" MMC
18.
Star Sports trikotaj MMC
19.
SHOKET Soyutma sistemleri MMC
20.
GLOCAL MMC
21.
Biləv İnşaat MMC
22.
RERAPIER MMC
23.
Oqtay Məmmədov
Təşəbbüs
qrupunun əlaqələndirici koordinatoru tarix üzrə fəlsəfə doktoru Elvin
Əliyevdir.
Qeyd
edək ki, Qələbyə Dəstək Hərəkatı iş adamlarının ictimai təşəbbüs qrupudur.
"Facebook" səhifəsi: https://www.facebook.com/qelebeyedestek]https://www.facebook.com/qelebeyedestek
"Facebook" bağlı qrupu: https://www.facebook.com/groups/273583820753368/
Telefon:
+994 552242070
Bahar Rüstəmli
Şərhlər