Xəbər lenti

23 yaşlı aktrisa evində ölü tapldı - FOTOLAR
Dünya04:41 11.04.2015

23 yaşlı aktrisa evində ölü tapldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur hind aktrisalarından biri evində özünü asmış vəziyyətdə tapılıb. Anspress-in məlumatına görə, Hindistanın Benqal əyalətində yaşayan ölkəsində kifayət qədər tanınan aktirsa Dişa Qanqulinin öldüyü ilə bağlı xəbərlər yayılıb. Bu barədə “The Indian Express” xəbər yayıb. 
Xəbərdə bildirilir ki, polisin ilkin araşdırmaları nəticəsində onun intihar etdiyi güman edilir. Laki o, ölümündən əvvəl intihar səbbini göstərən hər hansısa məktub yazmayıb. 
23 yaşlı aktrisanın ailəsinin Nayrobidə olduğu, hadisə barədə məlumatlandırıldıqları qeyd edilir.
Polisin baş verən hadisə səbəbilə onun dostlarını izahatını alıb, araşdırmalar aparılır. 
Qeyd edək ki, Dişa Qanquli benqalca çəkilmiş ən məşhur seriallardan olan “Kanakanjali” və “Tumi Ashbe Bole”də oynadığı rollarla yadda qalıb. 





Qaynar.info