Parisdə "Sarı jiletlilər" aksiyasının 233 iştirakçısı həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Kristof Kastaner məlumat verib. Saxlanılanlardan 107-si üçün cəza müəyyənləşdirilib.
Qeyd edək ki, Fransa "Sarı jiletlilər" aksiyası ötən ilin noyabr ayından bəri keçirilir. Şənbə günü baş tutan növbəti nümayişdə ümumilikdə 40 mindən çox insan iştirak edib.