
Pakistanda 24 milyon uşaq təhsil almır.
Qaynar.info publika.az-a istinadən bildirir ki, bu barədə Pakistan Təhsil Statistika idarəsinin yaydığı hesabatında bildirilir. Hesabata görə, 5-16 yaş arasında olan 50,8 milyon uşağın 47 faizi təhsil ala bilmir. Onlardan 12,8 milyonu qız, 11.2 milyonu isə oğlandır.
Hesabatda ən pis vəziyyətin Bəlucistan və Xayber Paxtunxva əyalətində olduğu bildirilir.
Qaynar.info