Xəbər lenti

25 iti qaçırıb yeyən canavar kameraya düşdü (FOTO)
Dünya15:00 04.10.2017

25 iti qaçırıb yeyən canavar kameraya düşdü (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Bilecik rayonunun Bozüyük qəsəbəsində ötən aylarda bir vəhşi heyvan 25 iti qaçıraraq yeyib.

"Qaynarinfo" xəbər verir ki, bu vəziyyət qəsəbədə qorxuya səbəb olub. Artıq bir neçə aydır ki, insanlar gecə saatlarında evlərindən çölə çıxmırlar. Hətta məhəllə muxtarı gecələr səhərə qədər itlərini qaçırıb yeyən həmin vəhşini yaxalamaq üçün qarovul çəkirmiş.

Vəziyyət gərginləşdiyindən yerli icra orqanı qəsəbənin müxtəlif yerlərinə kamera quraşdırıb. Təxminən bir ay sonra həmin canlı kameraya düşüb. Məlum olub ki, itləri yeyən canlı canavar imiş.

Aydın

Qaynarinfo.Az