Xəbər lenti

27 yaşlı qızın yataq otağında meyidi tapıldı - BAKIDA
Ölkə06:34 07.01.2014

27 yaşlı qızın yataq otağında meyidi tapıldı - BAKIDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Onun dəm qazında boğulduğu müəyyən olub


Bu gün saat 05:54 radələrində Bakının Qaradağ rayonu ərazisində 27 yaşlı qızın meyidi yataq otağından tapılıb.

Rayon Polis İdarəsi 10-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 1986-cı il təvəllüdlü Zümrüd Hüseynova yataq otağından huşsuz halda tapılıb.

Təcili hadisə yerinə həkim çağırılıb. Lakin həkimlər qızın artıq keçindiyini müəyyən edib.

Gənc qızın dəm qazından boğulduğu məlum olub.


Qaynar.info