
28 ildir axtarılan qatil tutulub.
Qaynarinfo.Az xəbər verir ki, Çində 11 qadına təcavüz etdikdən sonra, onları öldürən Qao Çınqyonq 28 il sonra saxlanılıb.
Aparılan axtarışlar nəticəsində barmaq izləri sayəsində tutulan qatil 1988-ci ildə törətdiyi cinayətləri boynuna alıb. Qaonun qurbanları arasında 8 yaşlı bir qız uşağı da olub.
Qeyd edək ki bölgədə 2004-cü ildən bu şəxslə bağlı məlumat verəcək adama 200 min yuan mükafat da və edilmişdi.
Qaynarinfo.Az