Xəbər lenti

280 PKK üzvü MƏHV EDİLDİ
Dünya21:08 10.03.2016

280 PKK üzvü MƏHV EDİLDİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Silahlı qüvvələrinin Baş Qərargahı cümə axşamı Diyarbəkir şəhərinin Sur qəzasında üç aydan çox davam edən əməliyyatların başa çatdığını bəyan edib.

Qaynar.info report-a istinadən xəbər verir ki, əməliyyat zamanı Kürd Fəhlə Partiyasının (PKK) 279 üzvü zərərsizləşdirilib.

"Surda anti-terror əməliyyatı başa çatıb. Əməliyyat zamanı PKK terror təşkilatının 279 üzvü öldürülüb, 206 barrikada dağıdılıb, 365 əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib. Həmçinin 504 ədəd silah, 48 mindən çox patron, 10 radio stansiyası və 3,47 kiloqram partlayıcı maddə götürülüb", — deyə qərargahın bəyanatında bildirilir.

Əməliyyat başa çatsa da, Surda PKK-ya qarşı reydlər, onlar tərəfindən qazılmış xəndəklərin doldurulması və barrikadaların dağıdılması işləri davam etdirilir.

Qaynar.info