Xəbər lenti

“3+3” formatı təxirə salınır, yoxsa gündəmdən çıxarılır?
Siyasət06:21 19.07.2022

“3+3” formatı təxirə salınır, yoxsa gündəmdən çıxarılır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Tehranda Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq. Həmçinin iki liderin İran Prezidenti İbrahim Rəisi ilə üçtərəfli görüşü keçiriləcək. Rəsmi məlumata görə, əsas müzakirə mövzusu Suriya böhranı, Ukrayna-Rusiya müharibəsi, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə danışıqları ilə bağlı məsələlər olacaq edilir. 
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Tiflisdə keçirilən ikitərəfli görüşün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar və ABŞ-ın dövlət katibi Entoni Blinken tərəfindən alqışladığını nəzərə alsaq, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqların davam edəcəyini söyləmək olar. 
Son zamanlar regionda baş verən proseslər fonunda istər Azərbaycan, istərsə də Ermənistan artıq Rusiyanın tezliklə Cənubi Qafqazda öz təsirini itirəcəyini ehtimal edirlər. Bu həm də o deməkdir ki, Rusiyanın iddialı olduğu "3+3” formatı da gündəmdən çıxarıla bilər. Belə ki, son günlər İran, Aİ və ABŞ-ın yüksək rütbəli rəsmilərinin Tiflisə səfərləri və orda  baş tutan görüşlərdən sonra "3+3” gündəmdən silinmiş kimi görünür. Belə olmasaydı, Tehranda üçtərəfli görüşdən öncəki məlumatda bu barədə qeyd olunardı. 
Əgər "3+3” formatı gündəmdən çıxarılıbsa, o zaman dəqiq demək olar ki, Rusiya Ukrayna müharibəsində uduzduqdan və Cənubi Qafqazdan sıxışdırılıb çıxarıldıqdan sonra regional güc olaraq Türkiyə Rusiyanı əvəzləyəcək.
İndiki halda Türkiyə Qərbin vasitəçiliyi ilə aparılan Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan danışıqları prosesinə lüzumsuz maneçilik törədən bütün maneələri netrallaşdırmağı öz üzərinə götürmüş kimi görünür.
Telman Qasımov