"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir. Qaynar.info xəbər verir ki, bu gün 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçirilib.
Azərbaycan yığmasının 5 boksçusu bu gün rinqə çıхıb. Tayfur Əliyev rumıniyalı Nikolae Andreyananı, Teymur Məmmədov polşalı Yordan Kulinskini, Məhəmmədrəsul Məcidov isə gürcü Mixail Baxtidzeni yenərək 1/4 finala çıxıb.
Qadın boksçularımız - Anaxanım Ağayeva və Leyla Cavadova isə uğursuz çıхış edərək mübarizəni dayandırıb. Anaxanım Sandra Drabikə (Polşa), Leyla Cavadova isə Yaroslava Yakuşinaya (Rusiya) uduzub.
Qaynar.info