Xəbər lenti

3 il sonra tapılan nüvə fizikinin dramı: Qaçırıldı, inəklərə baxdı, döyüldü...
Dünya11:17 18.03.2017

3 il sonra tapılan nüvə fizikinin dramı: Qaçırıldı, inəklərə baxdı, döyüldü...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uzun zaman ortalarda görünməyən nüvə fiziki parkdakı skamyalardan birində gecələyərkən tapılıb.
"Qaynar" cebhe.infoya istinadən xəbər verir ki, Yuri Obraztsov üç il əvvəl qaçırıldığını və inəklərə baxmaq məcburiyyətində qaldığını söyləyib. Qazaxıstanın Almatı şəhərində küçədə diqqəti cəlb edən bir nəfərin əslində Rusiyanın Novosibirsk şəhərindən fizik Yuri Obraztsovun olduğu müəyyənləşib. Onun naməlum şəxslər tərəfindən qaçırılması səbəbiylə illərcə yaşadığı köləlikdən qaçdıqdan sonra küçələrə düşdüyü ortaya çıxıb. Sənədləri olmadığı üçün evə dönə bilməyib...
Almatıda pis hava şəraiti zamanı bir ticarət mərkəzinin önündəki skamyada uzun müddət oturan çirkli və nimdaş geyimdə olan kişi ticarət mərkəzinin işçilərinin diqqətini çəkib. İşçilərin suallarını cavablayan evsiz Yuri Obraztsov illərcə kölə olaraq yaşadığını və sonra qaçdığını deyib. O, pulu və şəxsiyyətini təsdiq edən sənədləri olmadığı üçün evə dönə bilmədiyini də bildirib. 
Qaçırılıb fermaya aparıldı
Bəzi könüllülər ictimai media üzərindən yaxınlarını axtarışa başlaması və Novosibirskdə xüsusi axtarış qurumları ilə əlaqəyə girəndən sonra Obraztsovun Lazer Fizikası İnstitutunda nüvə üzrə mütəxəssis olaraq çalışdığı məlum olub. Eyni zamanda 3 il əvvəl federal axtarışda olanlar siyahısına da salındığı ortaya çıxıb. Obratzsov mətbut  açıqlamasında Özbəkistanın paytaxtı Daşkəndəki yoldaşlarıyla görüşmək üçün getdiyini deyib. O, Qazaxıstandan keçərkən qatar stansiyasında tanımadığı şəxslər tərəfindən avtomobillə bir fermaya aparıldığını söyləyib. Fizik daha sonra fermadan qaça bilmədiyini, 3 il oradakı inəklərə baxmaq məcburiyyətində qaldığını və işğəncə gördüyünü deyib. 
İnəklərdən artıq qalanları yeyib... 
Obraztsov əsarətdə olduğu zaman çox primitiv həyat tərzi keçirib. Onun sözlərinə görə, uzun müddət çirkli döşəkdə, ufunət dolu otaqda günlərini keçiririb: “Əlimə nə düşürdüsə, onu da yeyirdim. Buğda, mal-qaranın yedikləri artıqlarla dolanırdım. Amma məni çox döyürdülər. Hətta bir dəfə işgəncə zamanı sol qulağımdan zədə aldım, indi də pis eşidirəm” deyib. 
Qaynar.Az