Xəbər lenti

3 jurnalist saxlanıldı
Dünya16:01 04.02.2014

3 jurnalist saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jurnalistlərin jandarma nəzarətindən prokurorluğa aparılacağı bildirilib

"Təqvim" qəzetinin xəbər müdiri ilə birlikdə 3 jurnalist gözaltına alındı. 

"Təqvim" qəzetinin Haber müdiri Mevlüt Yüksel, "A Haber"in operatoru Mutlu Şimşək və "Sabah"ın müxbiri Atsız Günəbakan Kilisin Yavuzlu ərazisi sərhədində saxlanılıb. 

Ans press-in Türkiyə mediasına istinadən məlumatına görə, 3 media mənsubu minalanmış bölgəyə girərək icazəsiz çəkiliş etdikləri üçün təqsirləndiriliblər.

Jurnalistlərin jandarma nəzarətindən prokurorluğa aparılacağı bildirilib.

Xatırladaq ki, "Təqvim" qəzeti xəbər müdiri Mövlud Yüksəl "CNN" aparıcısı Amanpura açdığı məhkəmə iddiası və Gəzi Parkı hadisələrindən sonra ağacla etdiyi müsahibə ilə yadda qalmışdı.

Qaynar.info