Xəbər lenti

3 min hakerin çalışdığı ordu...
Dünya15:21 20.06.2013

3 min hakerin çalışdığı ordu...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Koreya Xalq Demokratik Respublikasında Koreya Xalq Ordusunun baş qərargahının əsas kəşfiyyat məntəqəsi bölmələrində 3 min haker fəaliyyət göstərir.

Cənubi Koreyanın milli müdafiə naziri Kim Qvan Çjin hərbi informasiyanın mühafizəsi problemlərinə dair konfransda belə iddia ilə çıxış edib.

"ICTnews.az" elektron xəbər xidməti  bildirir ki, Cənubi Koreya dəfələrlə Pxenyanı kiberhücumların təşkilində ittiham edib.

Hazırda Cənubi Koreyanın silahlı qüvvələri elektron rabitə və informasiya mübadiləsi üçün qapalı sistemdən istifadə edir.

Qaynar.info