Xəbər lenti

3 min metrlik vulkanda böyük təhlükə: partlayışlar başladı (FOTO)
Dünya07:12 27.11.2017

3 min metrlik vulkanda böyük təhlükə: partlayışlar başladı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İndoneziyanın Bali adasında aktivləşən Agung vulkanı bölgədə fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, yanardağ ətrafında 10 km ərazidə evakuasiya bölgəsi təşkil olunub. Adada olan bir çox turistin bölgəni tərk edə bilmədiyi deyilir.
 
Baliyə təyyarə səfərləri təxirə salınıb. Hündürlüyü 3 km olan vulkandan qara dumanlar yüksəlir. Mütəxəssislər vulkanın püskürmək üzrə olduğunu deyir. Baş verən partlayışlar 12 km məsafədən eşidilir. Daha böyük partlayış proqnozlaşdırılır. 
Qeyd edək ki, ərazidə sentyabr ayında baş vermiş püskürmə zamanı 140 min nəfər evakuasiya edilmişdi. Onların 25 mini hələ də sığınacaqlarda qalır.
Vulkan axırıncı dəfə 1963-cü ildə partlamış, nəticədə mindən çox insan ölmüşdü.
17 min 500 adadan ibarət İndoneziyada 130-dan çox aktiv yanardağ var.

Gülşən