
ABŞ-ın Kanzas ştatında qeyri-adi qəza baş verib.
Qaynar.info-nun dünya mediasına istinadla verdiyi xəbərə görə, Uçita şəhərində yük qatarına yüklənən 3 ədəd "Boeing 737" təyyarəsi qatarın qəzaya uğraması nəticəsində Klark Fork gölünə aşıb.
90 vaqonlu yük qatarının gölün yaxınlığında relsdən çıxdığı, 3 təyyarənin 19 vaqonla birlikdə dərədəki gölə yuvarlandığı bildirilir.
Qəza nəticəsində "Boeing" şirkətinə böyük maddi ziyan dəyib.
Qaynar.info






