
Çinin ən məşhur rejissorlarından olan Zhanq Yimou ölkənin bir uşaq siyasətini pozduğu üçün təxminən 7 milyon yuan (1 milyon dollar) məbləğində cərimələnib.
Qaynar.info xəbər verir ki, Çinin şərqindəki Vuşi şəhəri rəsmilərinin verdiyi açıqlamaya görə, Zhanqla bağlı məhkəmə prosesini araşdıran müfəttişlər 62 yaşlı rejissrorun dövlətdən icazəsiz 3 uşaq sahibi olduğu üçün qanunları pozduğunu bildiriblər.
Zhang ötən ay verdiyi açıqlamasında ona veriləcək cəzaya hazır olduğunu söyləmişdi.
Qeyd edək ki, Zhang və xanımı cəriməni 30 gün ərzində ödəməlidirlər.
Qaynar.info