Xəbər lenti

3 yaşlı uşaq anasını öldürdü
Dünya09:13 26.11.2014

3 yaşlı uşaq anasını öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da 3 yaşlı uşaq anasını öldürüb. Qaynar.info xəbər verir ki, buna səbəb uşağın evdən tapdığı silahın tətiyini çəkməsi olub.

ABŞ mətbuatının məlumatına görə, Tulza şəhərində 3 yaşlı uşaq divanın altında olan çox saylı silahlardan birini götürərək tətiyi çəkib. Bu zaman güllə onun 1 yaşlı qardaşının altını dəyişən anası Krista Englesə dəyib.

Hadisəni ilk olaraq işdən evə gələn gəlinin qaynanası görüb. Evə daxil olan qadın 26 yaşlı gəlinin yerdə yatdığını və hər iki uşağın qanlar içində olduğunu görüb. Məlumata görə, qadın güllə yarası aldıqdan 1 saat sonra can verərək ölüb.

Amerika mətbuatının məlumatına görə, 26 yaşlı qadının əri əvvəllər ABŞ ordusunda xidmət edib və hazırda TİR şoferliyi ilə məşğuldur. Evdən çox sayda silah çıxıb. 

Qaynar.info