Xəbər lenti

30 il sonra Mcdonalds Rusiyadan gedir
Dünya11:06 17.05.2022

30 il sonra Mcdonalds Rusiyadan gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mcdonalds fastfud restoran şəbəkəsi Rusiyadakı restoranlarını satır və ölkədən birdəfəlik gedir.
Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə Mcdonalds açıqlamasında bildirib.
İlk Mcdonals restoranı Rusiyada 1990-ci ildə açılıb və bu, o dövrdəki soyuq müharibənin sonunu ifadə edirdi. İndi isə restoran Rusiyadan gedir.
Mart ayında Mcdonalds Rusiyada 850 restoranını bağlamışdı. İndisə restoranlar şəbəkəsi humanitar böhran və qeyri-müəyyən iş vəziyyətini əsas gətirərək Rusiyadan tam getdiyini bəyan edib.
Mcdonalds Rusiyada baş verən son hadisələri dərin təsirləri olan çox qarışıq məsələ adlandırıb.
"Bəziləri deyə bilər ki, qida çatımlığını təmin etmək və on minlərlə işçini işlətməyə davam etmək ediləcək ən doğru şeydir. Ancaq Ukraynadakı müharibənin yaratdığı humanitar böhrana etinasızlıq göstərmək mümkün deyil. 32 il əvvəl bizi Rusiya bazarına girməyə həvəsləndirən eyni ümid və vədi təmsil edən Qızıl Tağları indi təsəvvür etmək mümkün deyil.”,- Mcdonalds rəhbəri Kris Kempçinski deyib. 
Şirkət Rusiyada bütün restoranlarını yerli adamlara satacağını bildirib. Həmçinin onlar restoranın adının, brendinin və menyusunun ləğv edilməsi prosesinə başlayacaqlarını bildiriblər. 
Keçən il Mcdonalds-ın qlobal satışlarının 9%-i Rusiya və Ukraynanın payına düşüb. Şirkətin Rusiyada 62000 işçisi vardı. 
Qeyd edək ki Rusiyanın Ukrayna işğalından sonra yüzlərlə beynəlxalq şirkət Rusiya bazarını tərk etməkdədir. 
"Renault” maşın istehsalçısı Rusiyadakı biznesini satdığını elan edib. Bundan əlavə, Sturbucks, Coca-Cola, Levi`s, Apple artıq Rusiyanı tərk edib. 
Nurlan Hüseynov