Xəbər lenti

30 milyon qadını gözləyən DƏHŞƏT
Dünya15:46 23.07.2013

30 milyon qadını gözləyən DƏHŞƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Növbəti 10 il ərzində qlobal miqyasda 30 milyondan çox qadının zorla sünnət edilmək təhlükəsi var. 
ANN.Az-ın "BBC"yə istinadən verdiyi xəbərə görə,  bu YUNİSEF-in araşdırması nəticəsində məlum olub. 
YUNİSEF-in hesabatı zamanı 20 il ərzində Afrika və Yaxın Şərqin 29 ölkəsindən yığılan məlumat əsasında hazırlanıb. 
Araşdırmaya görə, hazırda sağ olan 125 milyondan artıq qadın sünnət edilib. Qadınların bakirəliyini qorumaq üçün həyata keçirilən dəhşətli rituala əsasən Afrika, Yaxın Şərq və Asiya ölkələrində rast gəlinir. Kenya, Tanzaniya, Benin, Mərkəzi Afrika Respublikası, İraq, Liberiya və Nigeriyada qadın sünnəti getdikcə azalsa da, Somali, Qvineya, Cibuti, Misir, Çad, Qambiya, Mali, Seneqal, Sudan və Yəmən kimi ölkələrdə qadın sünnəti hələ də geniş şəkildə yayılıb.  
Qaynar.info