
30 saniyə fərqlə doğulan ingilis əkiz qardaşlar birlikdə başladıqları pilotluq fəaliyyətlərinə son verib təqaüdə çıxarkən son uçuşları zamanı 30 saniyə fərqlə yerə eniblər.
"Qaynarinfo" xəbər verir ki, İsveçin Göteborq şəhərindən havaya qalxan "Airbus A320" təyyarəsini cümə axşamı yerli saatla 12.34-də yerə endirən Ceremi adlı qardaş "Havada 2,5 illik zaman keçirdim. Bunun çox Heatrov üzərində enmək üçün gözlədiyim zamanlar oldu" deyib.
İsveçrənin Cenevrə şəhərində saat 12.35-də yerə enən digər qardaş isə bunları deyib: "28 il ərzində qısa məsafələrə uçdum. Bu 11 min uçuş və ən azı 1,2 milyon sərnişin deməkdir".
Aydın
Qaynarinfo.Az