Tehran İncəsənət Universitetinin dosenti Keyvan İmamverdi 300 qadını zorladığı üçün edam cəzasına məhkum edilib.
Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər verir.
İddiaçılarının vəkili Şima Qoşe məhkəmədə onun barəsində edam hökmünü elan edib.
Keyvan İmamverdi 2019-cu ilin sentyabr ayının əvvəlində təcavüzə məruz qalan bir neçə qadının sosial şəbəkələrdə açıqlamalarından sonra həbs edilib.
Əksəriyyəti tələbələr olan iddiaçıların öz kimliklərini açıqlamaqdan imtina edərək ifadələrində Keyvan İmamverdinin qurbanlarına anestezik tərkibli spirt verərək zorladığını və həmçinin zorlama səhnəsini kamera ilə çəkdiyini bildiriblər.
Bu işlə bağlı dərc olunan xəbərə görə, Keyvan İmamverdi on il ərzində 300 qız və qadına təcavüz etməkdə günahlandırılıb.
Tehran Cəza Məhkəməsi Keyvan İmamverdini "yer üzündə fitnə-fəsad törətməkdə” ittiham etdikdən sonra onun işini Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsinə göndərib və indi onun ölüm hökmü bu şöbədən verilib.
M.Arif