Elbrus dağında təxminən 31 il əvvəl öldüyü ehtimal edilən qadın alpinistin meyiti tapılıb.
Qaynarinfo Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar və Qaraçay-Çərkəz Respublikası üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qadının meyitini Elbrusa dırmanan bir qrup turist təqribən 4000 metr yüksəklikdə aşkarlanıb.
Bu barədə xilasedicilərə məlumat veriləndən sonra meyit təxliyə edilib. Alpinistin 31 il əvvəl yüksəkliyə dırmanan zaman öldüyü ehtimal edilir. Belə ki, 1987-ci ildə həmin ərazidə qar uçqunu səbəbindən 7 nəfərdən ibarət alpinist qrupu həlak olub. Həmin vaxt axtarışlar uğursuzluqla nəticələnib.
Tapılan meyit Leninqrad sakini 1951-ci il təvəllüdlü Yelena Konstantinovna Bazıkinaya məxsus olub.