Xəbər lenti

33 il əvvəl itkin düşmüş əsgər tapılıb
Dünya08:34 05.03.2013

33 il əvvəl itkin düşmüş əsgər tapılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfqanıstanın Herat vilayətinin qərbində keçmiş sovet əsgəri Bəhrəddin Hakimov tapılıb. 

Trend-in verdiyi məlumata görə, o 1980-ci ildə, Əfqanıstanda hərbi xidmət zamanı itkin düşüb.

Özbəkistanın Səmərqənd şəhərindən olan Bəhrəddin 101-ci motoarıcı alayın tərkibində Əfqanıstanda hərbi xidmətə göndərilib. 1980-cı ilin sentyabrında döyüş zamanı ağır yaralanan əsgərin həyatını yerli sakinlər xilas edə biliblər. Bundan sonra o, Şeyx Abdulla adını götürərək Əfqanıstanda yaşamağa başlayıb. Burada ailə həyatı quran keçmiş əsgərin həyat yoldaşı bir neçə il əvvəl vəfat edib. Hazırda Abdulla onu qəbul etmiş tayfa ilə birlikdə yarımköçəri həyat tərzi keçirir.

Qaynar.info