
ABŞ və İran prezidentləri BMT Baş Assambleyasının toplantısı zamanı görüşəcəklər.
Qaynar.info xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Qəzet bildirib ki, görüş ABŞ prezidenti Barak Obama ilə onun iranlı həmkarı Həsən Ruhani arasında gələn həftənin sonunda baş tutacaq.
İran prezidentin görüşlə bağlı mətbuata heç bir açıqlama verməyib. İranın xarici işlər naziri Cavad Zərif isə bildirib ki, ABŞ və İran prezidentləri BMT Baş Assambleyasında görüşməyəcəklər. Nazir Ağ Evin təzyiqləri azaldacağı təqdirdə belə bir görüşün mümkün olduğunu bildirib.
Qaynar.info