Nigerdə, Sahara səhrasında 34 miqrantın meyidi aşkarlanıb.
Qaynarninfo.az APA-ya istinadən bildirir ki, onlardan 5-i kişi, 9-u qadın, 20-si isə uşaqlardır.
Məlumata görə, miqrantlar Nigerin şimalındakı Aqades şəhərinə keçməklə Sahara səhrasından Liviyaya, oradan isə Avropaya üz tuturlar.
Beynəlxalq miqrasiya təşkilatının hesablamalarına əsasən, ötən il Aqades şəhərindən Liviyaya 120 min nəfər keçməyə cəhd edib, onlardan 37-si səhrada ölüb.
Qaynarinfo.az