Fransada Konqo prezidenti Denis Sassu Nquessonun oğlu barəsində çirkli pul yuma ittihamı üzrə istintaq başladılıb.
Qaynarinfo "Frans Press” agentliyinə istinadən xəbər verir ki, proses dekabrın 24-də başlayıb. Adı açıqlanmayan mənbənin məlumatına görə, prezidentin 45 yaşlı oğlu Denis Kristel Sassu Nquesso ailəsinə aid malları qeyri-qanuni yollarla öz üzərinə keçirməkdə ittiham edilir.
Dennis Kristel 2016-cı ilə qədər ölkənin milli neft şirkəti olan SNPC-nin direktorlarından biri olub. İngiltərənin "Global Witness" insan hüquqları təşkilatı 2014-cü ildə onun 50 milyon dollardan çox büdcə vəsaitini şəxsi hesabına köçürdüyünü iddia etmişdi.
Qeyd edək ki, 1943-cü ildə doğulan Konqo prezidenti Denis Sassu Nquesso 36 ildir hakimiyyətdədir.
Camal