
Misir həbsxanalarının birində qanlı hadisə baş verib.
Qaynar.info xəbər verir ki, həbsxanadakı məhbuslar bunt qaldırmaq istəyiblər, lakin polis gözyaşardıcı qaz vasitəsilə onların qarşısını alıb.
Bundan sonra furqonların birində olan Müsəlman Qardaşlarının tərəfdarları bir neçə polisi girov götürüblər. Lakin köməyə gələn təhlükəsizlik xidmət əməkdaşları atəş açaraq onların hamısını güllələyiblər. Bu məlumatı Misir daxili İşlər Nazirliyi yayıb.
"France-Presse" Agentliyi isə hadisənin baş cür baş verdiyini bildirib.
Agentliyin məlumatına görə, bir neçə şəxs "Müsəlman Qardaşları"nı Qahirə yaxınlığındakı "Əbu Zaabal" həbsxanasına aparan konvoya hücum edib. Bu zaman polis onlara hücum edənlərə və maşınların içində olan məhbuslara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nəticədə 36 nəfər zəhərlənmədən həlak olub.
Qaynar.info