Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsi (Genelkurmay) 265 gündür davam edən antiterror əməliyyatları zamanı verilən itkilər və zərərsizləşdirilən terrorçularla bağlı açıqlama verib.
Qaynar.info xəbər verir ki, TSK 2015-ci ilin 7 iyulundan davam edən əməliyyatlar zamanı çoxsu PKK üzvü olmaqla 4432 terrorçunun öldürüldüyünü açıqlayıb. Öldürülən terrorçular PKK-dan başqa, YDG-H (PKK-nın gənclər qanadı), DAEŞ, DHKP-C və MLKP üzvləridir.
Türkiyə 7 iyul 2015 tarixindən 27 mart 2016-cı ilədək davam edən antiterror tədbirləri zamanı 139-u polis, 232-u hərbçi, 6-sı kənd qoruyucusu olmaqla ümumilikdə 377 şəhid verib.
Terror aktları zamanı Diyarbəkir Vəkillər Kollegiyasının sədri Tahir Elçi başda olmaqla 285 dinc sakin həlak olub. Ölənlər arasında 11 uşaqla yanaşı, 11 Almaniya, 3 İsrail, 2 İran və 1 Fələstin vətəndaşı var. Teraktlar zamanı 897 nəfər xəsarət alıb.
Keçirilən əməliyyatlar zamanı 89-u yaralı olmaqla 458 terrorçu ələ keçirilib.
Qaynar.info