39 il əvvəl axtarışa verilən italiyalı Sezar Battisti Boliviyada Interpol tərəfindən həbs edilib.
Qaynarinfo xəbər verir ki, Battisti İtaliyada 1970-ci illərdə 4 fərqli cinayətə görə həbs edilmiş, 1981-ci ildə həbsxanadan qaçmağa nail ola bilmişdi. O, bir müddət Fransa və Meksikada yaşayıb. Braziliya 2010-cu ildə sabiq prezident Luiz İnasio Lula da Silva dövründə Sezar Battistiyə sığınacaq verib. Braziliyada 1 yanvarda vəzifəyə başlayan prezident Jair Bolsonaro isə cinayətkarın İtaliyaya təhvil ediləcəyini vəd etmişdi.
Qeyd edək ki, Braziliya polisi 2015-ci ildə Battistinin evinə basqın etmiş, lakin onu tapa bilməmişdi. Kommunizm üçün Silahlı Proletarlar (PAC) təşkilatının üzvü olmuş Sezar Battisti barəsində irəli sürülən ittihamları rədd edir.
Gülşən