Xəbər lenti

4 Avropa ölkəsi qaza görə Rusiyaya rublla ödəniş edib
Dünya13:28 27.04.2022

4 Avropa ölkəsi qaza görə Rusiyaya rublla ödəniş edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
4 Avropa Birliyi ölkəsi Rusiyadan aldığı qazın qiymətini Putinin tələb etdiyi kimi rublla ödəyib.
Qaynarinfo "Blumberq” saytına istinadla xəbər verir ki, bu barədə "Qazprom”a yaxın mənbə bildirib.
Sayta gizli danışan mənbə onu da deyib ki, digər alıcılar rublla ödəniş etməkdən imtina etsələr belə, bundan sonra may ayının ikinci yarısına kimi yenidən qaz nəqlinin kəsilməsi baş verməyəcək.
Mənbə deyib ki, Rusiyanın ödəniş tələbini yerinə yetirmək üçün 10 Avropa şirkəti "Qazprombank”da hesab açıb.
Qeyd edək ki, Rusiya 23 Avropa ölkəsinə qaz satır.
Nurlan Hüseynov