Türkiyənin İstanbul şəhərində 4 əsgərin şəhid olduğu helikopter qəzasının görüntüləri yayılıb.
Qaynarinfo xəbər verir ki, qəza bu gün Sancaqtəpə bölgəsində qeydə alınıb.
Hərbçilərin olduğu helikopter yaşayış məhəlləsində yerə çırpılıb. Nəticədə 4 hərbi qulluqçu şəhid olub. Ehtimal edilir ki, ekipaj üzvləri daha böyük faciənin baş verməməsi üçün helikopteri insanların olmadığı ərazidə dayandırmaq istəyiblər. (azvision.az)