İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin Suriyadakı münaqişə ilə bağlı keçirilən sammit başa çatıb.
Qaynarinfo xəbər verir ki, görüş bir saat davam edib.
Sammit İstanbulun Asiya hissəsində, Osmanlı imperiyasının sonuncu sultanı VI Mehmet Vahiyəddinə məxsus malikanədə keçirilib.
***17.30
Rusiya, Almaniya, Fransa və Türkiyə liderləri bu gün İstanbulda Suriya məsələsini müzakirə edəcək.
Qaynarinfo xəbər verir ki, Vəhdəddin Sarayında bir araya gələcək Vladimir Putin, Angela Merkel, Emmanuel Makron və Rəcəb Tayyib Ərdoğan Suriyada mövcud siyasi vəziyyət, qarşıdurmalar və sülhün bərqərar olması, dağılmış şəhərlərin yenidən qurulması, miqrant, terror təşkilatları mövzularını müzakirə edəcək.
Zirvədən əvvəl Ərdoğan Putin və Merkellə mətbuata qapalı təkbətək görüş keçirib, Makronla ilə telefonla danışıb.